Kateqoriyasız Ölkə futbolu

Sənan Qurbanov: “Son söz klub rəhbərliyinindir”

Topaz Premyer Liqasının V turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması “Azersun Arena”da “Qarabağ” və “Qəbələ” arasında keçirilib. Oyundan sonra qonaq komandanın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

“Uğursuz zolaqdan çıxa bilmirik. Hardasa oyunun gedişatında müəyyən inkişaflar olsa da, bunu tam edə bilmirik. Müdafiədə kobud səhvlər buraxdıq. Məğlub olduğumuz üçün çox üzgünəm. İllərdir bu komandadayam. Heç kimin haqqı yoxdur ki, bu klubu bu vəziyyətə gətirsin”.

– Hələ də çempionluq barəsində düşünürsünüz ?

– Çempionluq qarşımıza qoyulmayıb. Adımıza uyğun olaraq mübarizə aparmalıyıq. Zəif çıxışımıza görə, bəzi oyunçular cəzalandırılacaq.

– Uğursuz zolaqda olamağınıza səbəbkar kimdir ?

– Təbii ki, birinci mənəm. Ancaq dayanmadan çalışırıq. Müəyyən dəyişikliklər etməliyik. Yeni oyunçular var. Onların uyğunlaşması lazımdı. Mütləq bunları düzəltməliyik. Birinci günah məndədir.

– Mətbuatda Tərlan Əhmədovun “Qəbələ”yə gəlməyi danışılır.Bu söz-söhbətlər sizə təsir edir ?

-Neçə ildir buradayam. Verilən bütün qərarlara hörmətlə yanaşacam. Qaçmaq istəmirəm. Ancaq son söz klub rəhbərliyinindir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43