Kateqoriyasız

Sənan Qurbanov: “Üstümüzdə çox təzyiq var”

Sənan Qurbanov “Sumqayıt” oyunun ardından mətbuat konfransı keçirib

“Oyuna çox ciddi hazırlaşmışdıq. Üstümüzdə böyük təzyiq var. Çalışırıq ki, qələbə qazanaraq bunlardan qurtulaq. İkinci hissə daha yaxşı oynadıq. Həm qalib gələ bilərdik, həm də məğlub ola bilərdik”.

-“Neftçi” oyununun sanki arxayınçılığı var idi komandada.

-Deməzdim ki, arxayınlıq var idi. Sadecə tələsərək oynayırıq. Biraz gərginlik var üstümüzdə. Qələbə qazanmaq üçün çox aqressif oynayırıq. Bu da bəzən mənfi təsir yaradır. Oyunun sonunda iki oyunçumuz qırmızı vərəqə gördü. Epizodları görmədiyim üçün dəqiq heçnə deyə bilməyəcəm.

-Bəhlul Mustafazədini ikinci hissə oyuna daxil etdiniz. Oyuna onunla başlamadığınız üçün peşmansınız ?

-Bəhlul mənim inandığım oyunçulardandır. Təbii ki, bütün bunlara analizlərdən sonra qərar verə bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43