Ölkə futbolu

Sənan Qurbanovdan “Kəpəz” açıqlaması

Tərlan Əhmədovun “Kəpəz”lə müqaviləsi başa çatsa da, klub onunla sözləşmə yeniləməyib. Növbəti mövsüm Gəncə klubunun kimin çalışdıracağı hələlik bəlli deyil.

Mətbuatda isə “sarı-göylər”in baş məşqçi axtarışında olduğu və hətta bir neçə mütəxəssislə danışıq apardığı iddia olunur. Adı çəkilən baş məşqçilərdən biri də “Qəbələ” və “Keşlə”nin sabiq çalışdırıcısı Sənan Qurbanovdur.

Sözügedən iki klubla da ölkə kubokunu qazanan mütəxəssisin Əhmədovun yerinə əsas namizəd olduğu iddia edilir. Məsələyə aydınlıq gətirmək üçün Qurbanovla əlaqə saxladıq.

42 yaşlı mütəxəssis idmanxeber.az saytına verdiyi qısa açıqlamada yayılan xəbərləri təkzib etdi:

“Kəpəz”lə və ya hər hansı bir klubla danışığım olmayıb. Heç bir klubdan təklif almamışam”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43