İdman

“Sərhədçi” “Neftçi”yə qalib gəlib – Basketbol Liqası

Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Sərhədçi” İdman Mərkəzində baş tutan matçda “Sərhədçi” və “Neftçi” komandaları qarşılaşıblar. Görüşə üstün başlayan nominal meydan sahibləri yekunda 86-77 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular “Sərhədçi PİK”dən Keron Beyker (21 xal, 2 asist) və “Neftçi İK”dən Davit Lomidze (20 xal, 3 ribaund) olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43