Dünyadan

SƏRT İSMARIC: “..stadion uzunmüddətli azarkeşlərin üzünə bağlanmalıdır”

UEFA Prezidenti Mişel Platini futbolda irqçiliklə ciddi şəkildə mübarizə aparmaq üçün bütün klublara müraciət edib. 

Ali qurumun başçısı sərt ismarıcları ilə diqqət çəkib:

“Biz futbolda irqçiliyi tamamən məhv etməliyik. Bəzi qruplaşmaların bu kimi təxribatlara yol verməyinə şərait yaratmamalıyıq. Stadionda bu cür antifutbol siyasəti yürüdən azarkeşlər müəyyən olunmalı və bir daha stadionlara buraxılmamalıdır. Əgər komandanın azarkeşləri irqçi plakat və ya banner açarlarsa, o zaman həmin stadion uzunmüddətli azarkeşlərin üzünə bağlanmalıdır.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43