20 Sentyabr 2024
Ölkə futbolu

Sərtan Taşkın “Manisa”da – RƏSMİ

“Turan Tovuz”dan ayrılan Sərtan Taşkın “Manisa”ya keçib.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı oyunçu Türkiyə I Liqa təmsilçisiylə 1.5 illik müqavilə imzalayıb.

Sərtan 3 mövsüm “Zirə”də keçirdikdən sonra ötən yay “Turan Tovuz”a transfer olmuşdu. O, Azərbaycan Premyer Liqasında 163 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43