Kateqoriyasız

Saatlar qaldı: Ya “Qarabağ”, ya “Suonsi

“Qarabağ” heyətini fransalı futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Rumıniyanın “Voluntari” komandasının yarımmüdafiəçisi Aissa Laidounini heyətinə qatmaq istəyir. Belə bir iddianı Rumıniya mətbuatı yayıb.

Xəbərdə bildirilir ki, fransalı oyunçu ilə “Suonsi” də maraqlanır. Ancaq bu gün İngiltərədə transfer pəncərəsinin son günü olduğu üçün Premyer Liqa təmsilçisi tez bir zamanda bu transferi reallaşdırmalıdır.

Əgər bu, baş verməsə, onun “Qarabağ”a keçəcəyi iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43