İdman

“Sabah” 3 oyunçu ilə müqavilə imzaladı

“Sabah”dan növbəti transferlər.

İdmanxeber.com-un klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqanın debütantı 19 yaşlı müdafiəçi Elçin Əsədov, 21 yaşlı hücumçu Əlibəy Məmmədli və 22 yaşlı qapıçı Aydın Bayramovu transfer edib.

Əsədov və Məmmədli ilə 2, Bayramovla isə 1 illik müqavilə bağlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43