Dünya futbolu

“Sabah” – “Beşiktaş” oyunundan əldə olunmuş vəsait açıqlandı

“Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında keçirilmiş xeyriyyə matçından əldə olunmuş vəsait bəlli olub.

İdmanxeber.az Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın gəlirləri 718019 manat təşkil edib.

Məbləğ ən qısa zamanda “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcək.

Bu, Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş 3:3 hesabı ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43