Kateqoriyasız Ölkə futbolu

“Sabah” “Beşiktaş” oyununun gəlirlərini Türkiyəyə niyə köçürməyib?

“Sabah” “Beşiktaş”la keçirdiyi yoldaşlıq matçının gəlirlərini hələ də Türkiyəyə köçürməyib.

Tofiq Bəhramov adına Respublika Stadionunda xeyriyyə məqsədi ilə oynanılan görüşdən əldə edilən gəlirin qardaş ölkədə zəlzələdən əziyyət çəkən insalara bağışlanacağı bildirilmişdi. Mayın 13-da baş tutan qarşılaşmadan artıq xeyli müddət keçsə də, paytaxt təmsilçisi hələ də bu barədə rəsmi açıqlama verməyib.

Köçürmənin yubanmasının səbəbini bilmək üçün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq.

Klub rəsmisi idmanxeber.az saytına etdiyi açıqlamada məsələ ilə bağlı yaxın günlərdə rəsmi məlumat veriləcəyini bildirdi:

“Burada təkcə bilet satışı yox, digər gəlirlər də var. Məsələn, QR kod vasitəsilə edilən ödənişlər, oyun günü satışa çıxarılan xatirə əşyaları və s. Bundan əlavə, görüşlə bağlı bəzi xatirə atributları hələ də “Beşiktaş” və “Sabah”ın onlayn mağazaları vasitəsilə satışdadır. Bütün bu gəlirlər tam bəlli olduqdan sonra köçürmə ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43