Kateqoriyasız

“Sabah” braziliyalı futbolçusu ilə yollarını ayırdı

“Sabah” bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu Vanderson Naskimentonu komandadan göndərib. Braziliyalı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, 27 yaşlı futbolçu “Sabah”a ötən yay İsrailin “Bney Sahnin” klubundan gəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43