Ölkə futbolu

“Sabah bu uğursuz sindromu qırmağa çalışacağıq” – “Xəzər Lənkəran”ın futbolçusu

"Millidən gəlib komandanın son məşqlərinə qoşulmuşam. "Sumqayıt"la oyuna yaxşı hazırlaşmışıq. İnanırıq ki, bu oyunda qələbə qazanan tərəf biz olacağıq. Nərəzə alsa qki, neçə oyundu qələbə qazana bilmirik".

Bu sözləri İdmanxeber.com-a açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu İbrahim Qədirzadə deyib.

Cənub klubunun gənc üzvü daha sonra sözlərinə belə davam edib:

"Üstümüzdə hər hansı bir basqı yoxdu. Oyunlar olur ki, yaxşı oynayıb uduzuruq. Qol imkanlarından istifadə edə bilsək sabahkı matçda qələbə bizim olacaq. Bu uğursuz sindromu sabahkı matçda qırmaq istəyirik".

Qeyd edək ki, "Sumqayıt" – "Xəzər Lənkəran" matçı sabah saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43