Kateqoriyasız

“Sabah” daha bir futbolçu ilə yolları ayırdı

“Sabah” futbolçusu  Hendrik Eksteynlə yollarını ayırıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, cənubi afrikalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

28 yaşlı futbolçu bu ilin yayından “Sabah”da  çıxış edirdi. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43