Kateqoriyasız

“Səbail” daha bir legioner futbolçu transfer etdi

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Eriko Konstantino da Silvanı transfer edib. Braziliyalı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ölkəsində “Rio Branko” və “Quaratinqeta” klublarının formasını geyinən 29 yaşlı futbolçunun karyerası daha çox Rumıniya çempionatı ilə bağlıdır. O, müxtəlif illərdə sözügedən ölkənin “Universitatya Kluj”, “Panduri” və “Astra” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43