Kateqoriyasız

“Sabah” Diallonu transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu malili hücumçu Ulisse Diallo ilə 2 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu karyerası ərzində Malinin “Coliba” (2011), Livanın “Şabab Əl Sahel” (2011-13), Macarıstanın “Ferentsvaroş” (2013-14), “Mezokoveşd” (2016-17), “Puşkaş akademiyası” (2017-18), “MTK Budapeşt” (2019), Portuqaliyanın “Aruka” (2014-15), “Koimbra” (2015), “Maritimo” (2015-16) klublarında çıxış edib. Onun son komandası “MTK Budapeşt” olub. Hücumçu 2013-cü ildən bu yana meydana çıxdığı 78 oyunda cəmi 18 qola imza atıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43