Kateqoriyasız

“Sabah” gürcü hücumçu transfer etdi

Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı hücumçu Mixeil Erqemlidze paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

“Dinamo”nun (Tbilisi, Gürcüstan) yetirməsi olan Erqemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, Gürcüstanın “Çixura”, “Qaqra” və Türkiyənin “Adana Demirspor” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43