Kateqoriyasız

“Sabah” “Hapoel”lə qarşılaşacaq

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı ilk rəqib bəlli olub.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda İsrailin yüksək liqa təmsilçisi “Hapoel” (Hadera) ilə qarşılaşacaq.

Görüş iyulun 20-də, Bakı vaxtı ilə saat 19:30-da Sofiyada yerləşən milli komandaların təlim-məşq bazasının stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43