Kateqoriyasız

“Sabah məğlub olmamağa çalışacağıq”- Aftandil Hacıyev

“Bu turnirdə iştirak etməyimiz böyük təcrübə olacaq. İlk ilində mübariz bir komanda kimi yaddaşlara həkk olunduq. Azarkeşlərimiz üçün ən yaxşısını etməyə çalışacağıq. Rəqib haqda ancaq müsbət sözlər deməyə məcburam. Püşkdə ən reytinqli komanda ilə qarşılaşdıq. Ancaq yenə də sona qədər mübarizə aparacağıq”

Bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev sabah Avroliqanın I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Universitatiya” oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis bu cür davam edib:

“Mövsüm bitəndən sonra on bir oyunçu ilə yolları ayırdıq. Hazırda nəticə verən, artan klub kimi özümüzü göstərə bilmirik. Qısa müddətdə heyətə 6-7 oyunçu cəlb etmişik. Onlara da müəyyən vaxt lazımdır. Hazırda komandada heyət baxımından istədiyim rəqabət yoxdur. Ancaq yenə də təcrübəli və millidə çıxış edən oyunçularımız var. Onların təcrübəsinə inanırıq.

Rəqibdə yeni baş məqşçi dəyişikliyi olsa da, o, uzun müddətdir bu klubda çalışmış biridir. Sözsüz ki, olduqca təhlükəli və sürətli bir komandadırlar. Ancaq biz də oyuna ciddi hazırlaşırıq. Üç gündür ki, rəqibi necə lazımdırsa analiz etmişik.

Bu cür oyunlarda motivasiya olmaq çox önəmlidir. İkitərəfli oyunları oynamaq çox da asan olmur. Ancaq oyunçularıma güvənirəm. Bizim üzərimizdə elə də bir təzyiq yoxdur. Bizim üçün bura gəlmək olduqca ciddi bir uğurdur. Ancaq əgər rəqib mərhələni keçə bilməsə, bu, onlar üçün baş ağrısı olacaq.

Rəqibin özündən razılığı başadüşüləndir. Hər kəs yaxşı nəticə qazanmağa çalışır. O cümlədən biz də. Sabah ən azından məğlub olmamağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Rəşad Sadıqov buna görə həkimə getdi – Video

admin

Bundesliqanın taleyinə nə vaxt aydınlıq gələcək?

admin

“Faxralı”dan ardıcıl ikinci çempionluq

admin