Ölkə futbolu

“Sabah” Macarıstan klubuna qalib gəldi – Yebilənib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib.

Elşad Əhmədovun komandası 3-cü sınaq matçında Macarıstanın yüksək liqasında çıxış edən MTK klubu ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi matçdan 3:1 hesablı qələbə ilə ayrılıb.

İlk oyununda Türkiyə “Əskişəhərspor”una 1:0 hesabı ilə qalib gələn Premyer Liqamızın debütantı ikinci matçında Qazaxıstan “Tobol”u ilə heç-heçə edib – 2:2.

19 yanvar

Yoxlama oyunu

6:00. “Sabah” (Azərbaycan) – MTK (Macarıstan) – 3:1
Qollar: Vadim Abdullayev, 25, Marko Deviç, 30, Cavid İmamverdiyev, 90


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43