20 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” – “Makkabi” oyununun biletləri nə vaxt satışa çıxır?

UEFA Konfrans Liqası II təsnitaf mərhələsi çərivəsində keçiriləcək “Sabah” – “Makkabi” (Hayfa) oyununa biletlər satışa çıxır.

Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun İdmanxeber.az saytına verdiyi məlumata görə, biletlərin iki gün ərzində satışa çıxması nəzərdə tutulub. Qiymətlər 2 manatdan başlayacaq.

Xatırladaq ki, komandalar arasında ilk oyun iyulun 25-də Macarıstanın Kişvarda şəhərindəki “Varkert” stadionunda olacaq. Cavab qarşılaması isə avqustun 1-də Masazırda yerləşən “Bank Respublika Arena”da oynanılacaq.

Görüş saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43