20 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxır

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxarılacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.

“Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində bilet satışlarına da qarşıdakı günlərdə başlanması nəzərdə tutulub.

Bilet almaq üçün (https://iticket.az/events/sport/sabah-fk-maccabi-haifa/122973) linkinə daxil ola bilərsiniz.
Qeyd edək ki, “Sabah” – “Makkabi” matçı avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

QEYD:
1. Oyuna gecikən tamaşaçılar ( 1-ci hissə bitəndən sonra) stadiona buraxılmayacaq.
2. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq, qəti surətdə qadağan olunur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43