08 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” Murad Musayevlə yollarını ayırdı – RƏSMİ

“Sabah”ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, toplantı zamanı mütəxəssis komandadan ayrılmaqla bağlı istəyini rəhbərliyin diqqətinə çatdırıb.

Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.

Qeyd edək ki, Musayev 2021-ci ilin noyabrdan “Sabah”da işləyib. “Bayquşlar” rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). “Sabah” ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43