Ölkə futbolu

“Sabah” “Neftçi”nin futbolçusunu transfer etdi

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Məhəmməd Mirzəbəyov bundan sonra paytaxt təmsilçisinin şərəfini qoruyacaq. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin uğurları üçün çalışmış futbolçunun son komandası “Neftçi” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43