Kateqoriyasız

“Sabah oyundan zövq almağa çalışacağıq” – Xayme Romero

“Qarabağ” sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sevilya”nın qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun üzvü Xayme Romero görüşdən öncə verdiyi açıqlama ilə matçdan yalnız xalla ayrılmaq istədiklərini bildirib:

“Fərqindəyik ki, yaxşı və güclü komandaya qarşı oynayacağıq. Növbəti mərhələyə çıxmaq üçün bizə xal lazımdı. Müdafiədə yaxşı oynamalıyıq. Sonra görək başımıza nə gəlir.

Çox təəssüf ki, bu stadionda oynamaq mənə nəsib olmayıb. İspan olaraq belə oyunlarda oynamaq özəldi, xoşdu. Sabah da bu oyundan zövq alacağıq. Mənim 10-a yaxın tanışım stadionda bizə dəstək olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43