Kateqoriyasız

“Sabah” – “Qəbələ”: 14-cü duel

Bu həftə Azərbaycan Premyer Liqasında 3-cü dövrə başa çatacaq.

Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk matçına çıxacaq “Qəbələ” “Sabah”la görüşəcək.

“Qırmızı-qaralar” paytaxt təmsilçisi ilə səfərdə qarşılaşacaq. Bu iki komanda arasında 14-cü matç olacaq. İndiyədək keçirilən 13 oyundan 9-u Premyer Liqa, 4-ü ölkə kuboku çərçivəsində baş tutub. 8 dəfə qalib gələn “Qəbələ” 1 dəfə heç-heçə edib və 4 matçda uduzub. Bu qarşılaşmalarda 17 top vuran “Qəbələ” futbolçuları 13 qol buraxıb. “Qırmızı-qaralar”ın “Sabah”la görüşlərdəki ən məhsuldar oyunçuları Davit Volkovla Klesio Bauk hərəyə 3 qol vurublar.

Premyer Liqada komandalar hərəyə 4 qələbə qazanıbsa, bir görüşdə sülh qeydə alınıb. Çempionatda 9 qol vuran “Qəbələ” 11 qol buraxıb.

“Qəbələ” səfərdəki 7 görüşdə 4 dəfə qaib gəlibsə, 3 dəfə meydan sahibləri üstün olub. Bu oyunlarda top fərqi meydan sahiblərinin xeyrinədir – 9-8.(gabalafc.az)

Xatırladaq ki, aprelin 4-də keçiriləcək “Sabah” – “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43