Ölkə futbolu

“Qəbələ” uduzdu, “Neftçi” qalib gəldi- (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqada 4-cü tura yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda Premyer Liqamızın debütantı “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Ev sahibi komanda matçın 23-cü dəqiqəsində Marko Deviçin vurduğu qolla qələbə qazanıb.

Qeyd edək ki, qarşılaşmanın 76-cı dəqiqəsində “Sabah” komandasının oyunçusu Məqsəd İsayev ikinci sarı vərəqədən meydandan qovulub.

Turun qapanış matçı isə “Bakcell Arena”da “Nefçti” ilə “Keşlə” arasında oynanıb.Cari mövsümdə ilk dəfə doğma meydanında oyuna çıxan “ağ-qaralar” matçdan qalib ayrılmağı bacarıb. Oyunun 88-ci dəqiqəsində Anton Krivostyuk hesabı açaraq komandasının önə keçirib. Matçın 93-cü dəqiqəsində isə “səhnəyə” Baqali Dabo çıxaraq oyunun taleyini həll edib – 2:0

16 sentyabr (bazar)

Topaz Premyer Liqası

IV tur

19:00. “Sabah” – “Qəbələ”  1:0   

Qol: Marko Deviç, 23  Baqali Dabo, 93 

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə
“Əlincə Arena”

21:00. “Neftçi” – “Keşlə”  2:0 

QOL: Anton Krivostsyuk, 88
Hakimlər:
 Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43