Ölkə futbolu Premyer Liqa

“Sabah” “Qəbələ”yə, “Səbail” “Keşlə”yə qalib gəldi – Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

İlk gündə iki görüş keçirilib. Açılış matçında “Sabah” “Qəbələ”ni qəbul edib. Matç meydan shaiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

Günün digər oyunu isə “Keşlə” ilə “Səbail” arasında baş tutub. Medallara iddialı “Keşlə” öz meydanında buna qədər autsayder olan uduzub – 0:1.

Turun daha iki görüşü sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
XVI tur

7 fevral (cümə)

19:00.“Sabah” – “Qəbələ” – 3:2
Qollar:
 Marko Deviç, 19, Mario Marina, 22, Ozan Can Kökçü, 64 – Ülvi İsgəndərov, 5, Nikolas Raysel, 90+1

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
“Bank Respublika Arena”

21:00.“Keşlə” –“ Səbail” – 0:1
Qol:
 Hendrik Ekşteyn, 51 (pen.)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
“ASK Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43