25 Yanvar 2021
Premyer Liqa

Qalibin müəyyənləşmədiyi gün

Azərbaycan Premyer Liqasında XI turun oyunları davam edir. Bu gün daha iki matç keçirilib.

İlk olaraq “Keşlə” “Sabah”ı qəbul edib. Matçda qalib müəyyənləşməyib – 1:1.

Günün digər görüşündə son çempion “Qarabağ” “Səbail”in qonağı olub. Bu görüş də 1:1 hesabll heç-heçə başa çatıb.

Dünən keçirilən “Neftçi” – “Zirə” görüşü qolsuz heç-heçə ilə yekunlaşıb.

Tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XI tur

29 noyabr (bazar)

14:00. “Keşlə” – “Sabah” – 1:1
Qollar:
 Sezar Meza Kolli, 85 – Kevin Kubemba, 60
Qırmızı vərəqə: Con Kamara, 54 (“Keşlə”)

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
“ASK Arena”

16:00. “Səbail” – “Qarabağ” – 1:1
Qollar:
 Amil Yunanov, 57 – Gerye, 64

Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
“ASCO Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” – “Qarabağ” 0:1 – VİDEO

admin

Balacalar “Bakı” – “Xəzər Lənkəran” matçında “at oynadır” – FOTO

admin

Premyer Liqada 32-ci tur: Hakim təyinatları açıqlandı

admin