Dünya futbolu

“Sabah qalib gəlməsək, fəlakət olacaq” – Xavi Hernandez

“Barselona” La Liqanın XIX turunda sabah “Jirona” ilə görüşəcək.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun baş məşqçisi Xavi Hernandez oyun barədə fikrilərini bildirib. O, hazırda komandada ab-havanın yaxşı olduğunu açıqlayıb:

“Ötən mövsümlə müqayisədə “Barselona” çox yaxşı vəziyyətdədir. La Liqada liderik, İspaniya kubokunun yarımfinalına yüksəldik və Superkuboku qazandıq. Böyük uğurdur. Ancaq bunlar heç nəyə baxmır. “Jirona”nı məğlub etməliyik. Bura “Barselona”dır, nəticə həmişə önəmlidir. Sabah qalib gəlməsək, fəlakət olacaq. Odur ki, sabaha qədər mövqeyimizdən həzz alaq.

“Barselona” – “Jirona” matçı sabah saat 19:15-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43