08 Dekabr 2019
Kateqoriyasız

“Sabah” “Qarabağ”la oyuna tələbə yığır

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, turun son matçında “Sabah” “Qarabağ”ı qonaq edəcək.

Paytaxt klubu stadionu doldurmaq üçün tələbələri oyuna cəlb edəcək. Əldə etdiyimiz məlumata görə, 1000-dən çox tələbə Ağdam klubu ilə oyunda “Sabah”a dəstək olacaq. Klub boş tribunalardan qurtulmaq üçün onları dəstəkləyəcək tələbələrin gediş-gəliş xərclərini də qarşılayacaq.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

APOEL “Qəbələ”yə də rəqib oldu

admin

“Məni itələdilər, zərbələrdən qaçası oldum” – Bordin

admin