Ölkə futbolu

“Səbail”dən böyükhesablı qələbə, “Neftçi” xal itirdi- YENİLƏNİB

Bu gün Topaz Premyer Liqada 11-ci tura start veriləcək.

Premyer Liqamızın debütantı “Sabah” Masazırda “Səbail”lə qarşılaşıb. Görüş” Səbail”in 0:4 hesablı qələbəsi ilə sona çatıb.

Günü digər oyununda isə l “Neftçi” “Bakcell Arena”da “Zirə”ni qəbul edib. Ev sahibi komanda oyunda iki dəfə hesabda önə keçsə də, qonaqlar məğlubiyyətdən qaça bilib – 2:2.

Qeyd edək ki, turun digər iki matçı sabaha nəzərdə tutulub.

10 noyabr (şənbə)

17:30. “Sabah” – “Səbail” 0:4

QOLLAR: Ryslan Qurbanov, 2 (0:1), K.Koumebma, 27, (0:2), Y. Koçuk, 63,(0:3), 76 (0:4)
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
“Əlincə Arena”

19:30. “Neftçi” – “Zirə” 2:2 (ilk hissə)

QOLLAR: Baqali Dabo, Tellur Mütəllimov, Mirabdulla Abbasov, Vüsal İsgəndərli
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43