Ölkə futbolu

“Bayıl Arena”da “sülh”, “Neftçi”dən qələbə – YENİLƏNİB

Bu gün Topaz Premyer Liqada 5-ci tura start verilib.

Turun açılış maçında”Səbail” öz meydanında debütant  “Sabah”la qarşılaşıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb – 0:0.

Günün digər oyununda isə lider “Neftçi” “Zirə”nin qonağı olub.  Oyunun ilk hissəsi Mitrabdulla Abbasov və Dilan Duventurunun qarşılıqlı qolları ilə yekunlaşıb – 1:1.  İkinci hissənin 52-ci dəqiqəsində isə Qoran Paratski “Neftçi”nin qələbə topunu vuraraq matçın taleyini həll edib – 1:2.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

22 sentyabr (şənbə)

Topaz Premyer Liqası V tur

18:30.”Səbail” – “Sabah”  0:0
Hakimlər:
 Rəvan Həmzəzadə, Nahid Əliyev, Cəmil Quliyev, Ramil Əhmədov
“Bayıl Arena”

20:30.”Zirə” – “Neftçi”  1:2  (birinci hissə)

QOL: Mirabdulla Abbasov, 6  (0:1), Dilan Duventru, 33  (1:1), Qoran Paratski, 52 (1:2)
Hakimlər
: Rauf Cabbarov, Namiq Hüseynov, Akif Əmirəli, Ömər Paşayev
“Dalğa Arena


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43