Kateqoriyasız

“Sabah” Serbiya klubu ilə sülhə razılaşdı

“Sabah” Antalyada sonuncu yoxlama oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə başa çatıb. “Sabah”ın qolunu 53-cü dəqiqədə Coy-Lens Mikels vurub.

Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivəsində Macarıstanın “Pakş” və Ukraynanın “Zarya” klubu ilə 1:1 hesablı heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43