Kateqoriyasız

“Sabah”a qələbə “haramdı”, Sumqayıtda sülh

Bu gün Azərbaycan Premyer Liqasında V tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib

Açılış matçı Sumqayıtda olub. Şəhərin eyniadlı komandası “Sabah”ı qəbul edib. İddialı heyət formalaşdıran “Sabah” yenə məğlub olub.

Digər oyunda isə “Qəbələ” “Səbail”in qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib – 1:1.

21 sentyabr (şənbə)

19:45.“Səbail” – “Qəbələ” – 1:1
Qollar: 
Rövlan Muradov, 17 (0:1), Mirabdulla Abbasov, 68 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
“ASCO Arena”

17:30.“Sumqayıt” – “Sabah” – 1:0
Qol: 
Sərtan Taşqın, 34
Qırmızı vərəqə: Mehdi Şərifi, 77-ikinci sarı vərəqə (“Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev
“Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43