Premyer Liqa

“Sabah” yenə uduzdu, “Qarabağ”dan xal itkisi (YENİLƏNİB)

Bu gün Premyer Liqasımızda XI tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə iki oyun keçirilib.

Günün ilk oyununda “Sabah” öz meydanında “Sumqayıt”ı qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb.

Lider “Qarabağ” isə Respublika Stadionunda “Zirə”ni sınağa çəkib. Ağdam klubu bu dəfə xal itkisi ilə üzləşib.

Azərbaycan Premyer Lİqası
XI tur

10 noyabr (bazar)

19:00. “Qarabağ” – “Zirə” – 1:1
Qol:
 Maqaye Qeye, 5 (1:0), Riçard Qadze, 67 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu

16:30. “Sabah” – “Sumqayıt” – 1:3
Qol:
 Ulise Diallo, 32 (1:0), Peyman Babayi, 56 (1:1), Mehdi Şərifi, 76 (1:2), Əmir Ağayev, 90+5 (1:3)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
“Bank Respublika Arena”

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43