06 Oktyabr 2022
Ölkə futbolu

“Sabah” və “Neftçi” qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçirilib. Günün ilk oyununda “Sabah”la “Turan Tovuz”u məğlub edib – 3:1.

Günün digər oyununda isə 15 xalla 2-ci pillədə yer alan “Neftçi” 5 xalla 7-ci sırada gedən “Səbail”in qonağı olub. Matç “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə sona çatıb.

16 sentyabr

18:00. “Sabah” – “Turan Tovuz” 3:1

Qol: Davit Volkov, 15 (1:0), Con Lens Mikels, 34 (2:0), Runi Eva, 81 (2:1), Elvin Camalov, 90+6-pen (3:1)
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Kamran Bayramov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
“Bank Respublika Arena”.

20:30. “Səbail” – “Neftçi” 0:2

Qollar: Emin Mahmudov, 53, Gilyerme Pato, 83
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: İnqilab Məmmədov
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”.

Qeyd edək ki, sentyabrın 17-də “Qəbələ” – “Sumqayıt” oyunu, bir gün sonra isə “Kəpəz” – “Şamaxı” və “Zirə” – “Qarabağ” matçları baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qəbələ”ni istəyən baş məşqçi – AÇIQLAMA

admin

“Qəbələ”nin futbolçusu “Qalatasaray” formasıyla – FOTO

admin

Ölkə kuboku, 1/4 final: hakim təyinatları açıqlandı

admin