Ölkə futbolu

“Sabah” Türkiyədə dörd yoxlama oyunu keçirəcək

“Sabah”ın qış fasiləsindəki hazırlıq planı bəlli olub.

İdmanxeber.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, komanda mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq.

Qonşu ölkədəki təlim-məşq toplanışı yanvarın 2-dən 23-dək davam edəcək. Antalya şəhərinin Lara bölgəsindəki “Titanik” otelində məskunlaşacaq Topaz Premyer Liqasının debütantı orda olduğu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək. Rəqiblər hələlik bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43