21 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” Türkiyədə ilk matçına çıxır

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama görüşünü keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Bakı klubu Rumıniya təmsilçisi “Rapid”lə qarşılaşacaq.

Buxarest komandasına qarşı matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyun “Mardan” İdman Kompleksinin ehtiyat meydanında reallaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43