20 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” UEFA-ya bu stadionları sifariş etdi

Azərbaycanı Konfrans Liqasinda təmsil edəcək “Sabah” ev oyunları üçün UEFA-ya iki stadion sifariş edib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “bayquşlar” əsas stadion kimi “Bank Respublika Arena”nı göstərib. Alternativ variant kimi isə Tofiq Bəhrəmov adına Respublika stadionu UEFA-ya sifariş edilib.

Qeyd edək ki, “Sabah” Konfrans Liqasına I təsnifat mərhələsindən qoşulacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43