Kateqoriyasız

“Sabah” və “Zirə” Türkiyəyə getdi

Azərbaycan Premyer Liqası təmsilçiləri  “Sabah” və “Zirə” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşüb.

Komandalar bu gün səhər saatlarında ölkəmizi tərk edib.

“Sabah” və “Zirə” yanvarın 22-dək Antalyada toplanış keçəcək.

Qeyd edək ki,  “Sabah” toplanış çərçivəsində “Pakş” (Macarıstan – 11 yanvar), “Akademika Klinçeni” (Rumıniya – 15 yanvar), “Kaysar”la (Qazaxıstan – 19 yanvar) qarşılaşacaq. Yanvarın 20-dəki rəqib hələ məlum deyil. “Zirə” isə  “Ümraniyespor” (Türkiyə – 11 yanvar),  “Sepsi” (Rumıniya – 16 yanvar), “Napredak”la (Serbiya – 21 yanvar) üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43