Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
İlk oyun günündə 2 qarşılaşma baş tutub.
“Sabah” səfərdə “Zirə” ilə görüşüb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Günün ikinci oyununda “Neftçi” “Sumqayıt”ı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib – 1:1.
Azərbaycan Premyer Liqası
XV tur
“Zirə” – “Sabah” 2:0
Qollar: Ağabala Ramazanov, 45+1, Riçard Qadze, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu, 15:00
“Neftçi” –“ Sumqayıt” – 1:1
Qollar: Baqali Dabo, 72 – Rəhim Sadıxov, 43
Qırmızı vərəqə: Voislav Stankoviç, 41
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”, 17:30.