Premyer Liqa

“Sabah”a qələbə haramdı, “Qəbələ” Bakıdan məyus ayrılır

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, ilk gündə 2 matç keçirilib.

Açılış oyunu Masazırda baş tutub. Burada “Sabah” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Transferlərə çoxlu pul xərcləyən “Sabah” yenə qələbəyə həsrət qalıb – 2:2.

Digər görüşdə “Qəbələ” “Keşlə”nin qonağı olub. Bu matçda isə Bakı klubu 3 xala sevinən tərəf olub.

Turun digər matçları 27-28 oktyabr tarixlərində oynanılacaq.

Azərbaycan Premyer Liqası
IX tur

26 oktyabr

18:00. “Sabah” – “Zirə” – 2:2
Qol: 
Nicat Süleymanov, 23 (0:1), Amadu Diallo, 28 (1:1), 44 (2:1), Nicat Süleymanov, 88 (2:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
“Bank Respublika Arena”

16:00. “Keşlə” – “Qəbələ”- 2:1
Qollar: Lorenzo Frutos, 1 (1:0), Sezar Meza Kolli, 42 (2:0), David Valkov, 58 (2:1)
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
“ASCO Arena”

27 oktyabr (bazar)

17:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
“Kapital Bank Arena”

28 oktyabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43