Ölkə futbolu

“Sabah”a gəlir, yoxsa “Neftçi”yə? – Sabiq “Şaxtyor”lu QƏRARINI VERDİ

“Şaxtyor”la müqaviləsi başa çatan Aleksey Kaşuk Azərbaycana gəlməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, Ukrayna millisinin sabiq üzvü karyerasını başqa ölkədə davam etdirmək niyyətindədi. Daha öncə “Qarabağ” 24 yaşlı futbolçuyla təmasa keçsə də, danışıqlar müsbət yekunlaşmayıb.

Kaşuk bundan başqa, “Neftçi”dən və sabiq klubu “Sabah”dan yaxşı təklif alsa da, perspektiv baxımından digər təklifləri dəyərləndirəcək.

O, bundan sonra Azərbaycanda yalnız “Qarabağ”da çıxış edəcəyini menecerinə bildirib.

Futbolçunun agenti də artıq paytaxt klubunun rəsmilərinə Kaşukun “yox” cavabını çatdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43