Ölkə futbolu

“Sabah”a “Neftçi” oyunu öncəsi şad xəbər – 3 oyunçusu qayıtdı

Topaz Premyer Liqasının XXV turunda “Sabah” “Neftçi” ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, ötən tur “Qarabağ”a qarşı aparıcı oyunçulardan yoxsun meydana çıxan “Sabah” komandasında üç oyunçu yenidən meydanlara döndü. Ötən tur sarı vərəqə limitinə görə komandalarına kömək edə bilməyən Təmkin Xəlilzadə və Erik Ramos artıq cəzalarını doldurublar. Hər iki futbolçunun da “Neftçi”yə qarşı meydanda olacağı gözlənilir.

Digər sevindirici bir xəbər isə Cavid İmamverdiyevdən gəlib. “Qarabağ” oyunöncəsi keçirilən son məşqdə zədələnən təcrübəli futbolçu Ağdam təmsilçisi ilə oyunu buraxmağa məcbur olsa da, zədəsinin tam sağaldığı və Elşad Əhmədovun şans verdiyi təqdidə  “ağ-qaralar”a qarşı meydanda olacağı bildirilir.

Qeyd edək ki, bununla yanaşı “Sabah” komandasında Elgün Nəbiyev, Məqsəd İsayev və Vadim Abdullayev sarı vərəqə limitini doldurduqları üçün “Neftçi” ilə oyunu buraxacaqlar.

“Sabah” – “Neftçi” qarşılaşması aprelin 19-u saat 18:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43