Ölkə futbolu

“Sabah”a qarşı çətin oyunumuz var” – Şəhriyar Rəhimov

“Üç xal qazandığımıza və qalib gəlməyimizə görə çox şadam. Həmişə son saniyəyə qədər mübarizə aparmaq lazımdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in futbolçusu Şəhriyar Rəhimov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Topaz Premyer Liqanın 22-ci turunda səfərdə “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Matçın son saniyələrində komandasına qələbə qazandıran qolu vuran təcrübəli müdafiəçi növbəti görüşün vacibliyini vurğulayıb: “İrəlidə “Sabah”a qarşı çətin oyunumuz var. Tamamilə bu oyunun hazırlığına köklənmişik”.

Qeyd edək ki, “Sabah” – “Səbail” oyunu aprelin 7-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43