Ölkə futbolu

“Sabah”da ciddi itki

Azərbaycan Premyer Liqasının 26-cı turunda “Səbail”lə qarşılaşacaq “Sabah” bu matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisinin Fil Dişi Sahilindən olan hücumçu Fofana Tiemoko zədə səbəbindən sözügedən matçda iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Səbail” – “Sabah” qarşılaşması 8 may tarixində, saat 18:00-da “ASCO Arena”da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43