Kateqoriyasız

“Sabah”da Müşahidə Şurası yaradıldı

 Bu ildən Premyer Liqada çıxış edəcək “Sabah” Futbol Klubunda da AFFA-nın tövsiyəsi və dəstəyi ilə Müşahidə Şurası yaradılıb.

İdmanxeber.az klubun “Feysbuk” səhifəsinə istinadən bildirir ki,AFFA-nın qərarına əsasən Premyer Liqada çıxış edən klublarda Müşahidə Şurası yaradılmalıdır. Müşahidə Şurasının üzvləri klubun fəaliyyətində və ilbəil daha da inkişaf etməsi üçün görüləcək işlərdə yaxından iştirak edəcəklər. “Sabah” FK-nın əsas prinsiplərindən biri möhkəm bünövrə üzərində sağlam klub yaratmaqdır ki, Müşahidə Şurasının üzvləri də bu sahədə öz köməklərini göstərəcək, məsləhətlərini verəcəklər. Onlar müxtəlif qurum və şirkətlərlə işgüzar əlaqələrin qurulması, kluba yeni investorlar və sponsorların cəlb olunması istiqamətində əhəmiyyətli rol oynayacaqlar. Şura üzvləri eyni zamanda klubun inkişaf strategiyası üçün önəmli olan ideya və təkliflərini verəcəklər.

Müşahidə Şurasının tərkibi aşağıdakı kimidir:

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini.

İqor Ponomaryov – Azərbaycanlı keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989).

Rəhman Hacıyev – Sahibkar

Yaqub Hüseynov – Sahibkar

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43