Ölkə futbolu

“Sabah”da Musayevdən sonra da iddialı bir məşqçi işləyəcək”

“Murad Musayevin “Sabah”dan  ayrılışı mənim üçün də gözlənilməz oldu. Ancaq bu, həm onun, həm də rəhbərliyin qərarıdır. Musayev ölkə çempionatına rəng qatan biri idi. Ötən mövsüm yaxşı bir komanda yaratmışdı, nəticələr də pis deyildi. Ancaq futboldu, belə şeylər olur.  Bu il yaxşı başlamadılar. Uğursuz start götürdülər. Bu səbəbdən də yollar ayrıldı”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq oyunçusu Vaqif Cavadov Murad Musayevin “Sabah”dan ayrılışını şərh edərkən deyib. O, daha sonra belə davam edib: 

“Sabah” son illərdə yaxşı işlər görüb, kifayət qədər böyüyüb. Bundan sonra da iddialı klub kimi qalacaq. Azərbaycan çempionatında yuxarı pillələr üçün oynayacaq. Belə komandaların sayının çox olması Premyer Liqa üçün faydalıdır. Məncə, “Sabah”da Musayevdən sonra da iddialı bir məşqçi işləyəcək. Yəqin ki, iş davam edir. Belə ayrılıqlar futbolda olur, normal hallardır”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43