20 Sentyabr 2024
Ölkə futbolu

“Sabah”da növbəti ayrılıq

“Sabah” komandası hücumçusu İshak Belfodillə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əlcəzairli futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, İshak Belfodil ötən ilin yayında “Sabah”a keçmişdi. 32 yaşlı forvard Masazır təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43