“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqamızın debütantı ukraynalı qapıçı Dmitri Bezruku transfer edib. 23 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ukraynanın “Çernomorets” (Odessa) klubunun yetirməsi olan Bezruk, peşəkar karyerasında ancaq bu komandada çıxış edib. O, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.